Yer kürəsində maqnit qasırğası kritik həddə çatır

2-01-2025, 09:47           
Yer kürəsində maqnit qasırğası kritik həddə çatır
Yer kürəsində davam edən maqnit qasırğasının gücü "çox güclü" kimi təsnif edilən G4 səviyyəsinə yüksəlib.

Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu TASS agentliyinə bildirib.

Qeyd olunur ki, G4 səviyyəsi şkalada ikinci ən güclü göstəricidir və Yer kürəsinin radiorabitənin ciddi şəkildə pozulması, peyk və radiotezlik naviqasiyasının saatlarla kəsilməsi ilə üzləşə biləcəyini göstərir. Bundan əlavə, hətta tropik qurşaqlarda da qütb parıltısı qeydə alına bilər.

01 yanvar, 20:45

Yerdəki maqnit qasırğası G2 səviyyəsinə qədər güclənib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

Daha əvvəl "Telegram" kanalında "Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus Yerin geomaqnit sahəsində zəif pozğunluğun başladığını elan etmişdi.

Hazırda Yerin maqnit sahəsində pozulma dərəcəsi beş göstərici şkalasında G2 - "orta" səviyyəsinə çatıb. Bu şkalada G5 "son dərəcə güclü", G1 isə "zəif"dir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru