Husilər Təl-Əvivin yaxınlığında elektrik stansiyasını raketlə vurub

4-01-2025, 17:34           
Husilər Təl-Əvivin yaxınlığında elektrik stansiyasını raketlə vurub
Yəmənin “Ənsar Allah” hərəkatı Tel-Əviv yaxınlığında yerləşən İsrail elektrik stansiyasına hipersonik ballistik raketlə hücum edib.
APA xəbər verir ki, bu barədə husilərin silahlı qüvvələrinin nümayəndəsi Yəhya Səriya açıqlama verib.

“Yəmən silahlı qüvvələrinin artilleriya birləşmələri Yaffanın şərqində yerləşən İsrailə məxsus elektrik stansiyasına hücum etmək üçün “Fələstin-2” hipersəs ballistik raketindən istifadə edərək hərbi əməliyyat keçirib. Raket hədəfi dəqiqliklə vurub”, – deyə Səriyanın “əl-Məsira” telekanalı tərəfindən yayımlanan videosunda deyilir.

Sariya həmçinin husilərin Təl-Əviv ərazisindəki hərbi obyektə pilotsuz təyyarə ilə zərbə endirildiyini deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru