Kolumbiyada avtobus uçurumdan aşdı: 13 nəfər öldü

4-01-2025, 17:18           
Kolumbiyada avtobus uçurumdan aşdı: 13 nəfər öldü
Kolumbiyanın cənubunda avtobusun uçurumdan aşması nəticəsində azı 13 nəfər ölüb.

TASS xəbər verir ki, bu barədə nəqliyyat naziri Mariya Konstansa Qarsiya məlumat verib.

"İndiyə qədər səlahiyyətlilər 13 nəfərin öldüyünü, həmçinin 18 yaralının və 1 sərnişinin xəsarət aldığını bildiriblər", - o qeyd edib.

Avtobus Kali şəhərindən Ekvadorla sərhəddə yerləşən İpiales kəndinə gedirmiş. İlkin məlumatlara görə, nəqliyyat vasitəsi nasaz olub, nəticədə sürücü idarəetməni itirib və avtobus hündürlükdən aşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru