Keniyada kəndə kosmik halqa düşdü

4-01-2025, 11:40           
Keniyada kəndə kosmik halqa düşdü
Keniyada buraxılış raketinin bir hissəsi aşkar edilib.

Snob.ru xəbər verir ki, paytaxt Nayrobinin cənub-şərqində yerləşən Makueni kəndinə səmadan diametri təxminən üç metr və kütləsi təxminən 500 kiloqram olan metal halqa düşüb.

Məlumata görə, hadisə nəticəsində tələfat olmayıb. Lakin bu hadisə sakinlərin narahatlığına səbəb olub.

Keniya Kosmik Agentliyi tapılan obyektin raket daşıyıcısının halqası olduğunu təsdiqləyib. Bildirilib ki, adətən kosmik tullantılar atmosferdə yanır və ya okeana düşür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru