Rusiya polisi miqrantları məhkəmə qərarı olmadan deportasiya edə biləcək
5-01-2025, 15:13
Fevralın 5-dən Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri əcnəbiləri ölkəyə giriş və qalma qaydalarını pozduqlarına görə Rusiyadan çıxarmaq hüququna malik olacaqlar.
Tribunainfo.az Rusiya mediasına istinadla xəbər verir ki, indiyə qədər bu, yalnız məhkəmə qərar olandan sonra edilə bilərdi.
Bir aydan sonra Rusiyada Daxili İşlər Nazirliyinin əməkdaşlarına müəyyən qanun pozuntularına görə əcnəbiləri ölkədən çıxarmaq hüququ verən yeni qanun qüvvəyə minir. Bu cür pozuntulara ölkəyə giriş qaydalarına əməl edilməməsi, ölkədə qalma və ya yaşama qaydalarının pozulması daxildir.
İndi bəzi hallarda deportasiya ilə bağlı qərarı Daxili İşlər Nazirliyinin əməkdaşları verəcəklər ki, bu da səlahiyyətlilərin fikrincə, miqrasiya qanunvericiliyinə nəzarət prosedurunu sadələşdirəcək.
Bu, həm də Rusiyada yaşayan, işləyən miqrantların ölkədən deportasiya edilməsi hallarını kütləviləşdirəcək, eyni zamanda belə bir imtiyaz rüşvətxorluğu çiçəkləndirəcək.