64 yaşlı qadın iki ayrı avtomobilin altında qaldı: inanılmaz qəza – VİDEO

6-01-2025, 07:24           
64 yaşlı qadın iki ayrı avtomobilin altında qaldı: inanılmaz qəza – VİDEO
Türkiyənin Sakarya şəhərində piyada keçidindən keçən 64 yaşlı qadın qısa müddət ərzində ard-arda iki avtomobil tərəfindən vurulub.

Musavat.com Türkiyə mediasına istinadla bildirir ki, hadisə nəticəsində qadın ağır xəsarətlər alıb.

Görüntülərə əsasən, qadın keçiddən keçərkən ilk avtomobil onu vurub, daha sonra isə başqa bir avtomobilin də zərbəsinə məruz qalıb. Hadisə yerinə təcili tibbi yardım və polis cəlb edilib.

Məlumata görə, qadının vəziyyəti kritik olaraq qiymətləndirilir və hazırda xəstəxanada müalicəsi davam edir. Hadisənin dəqiq səbəbləri araşdırılır.

Hadisənin görüntüləri sosial mediada geniş əks-səda doğurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru