Fərhad Əliyevin qohumu Rusiyada öldürüldü

7-01-2025, 00:12           
Fərhad Əliyevin qohumu Rusiyada öldürüldü
Rusiyanın paytaxtı Moskva şəhərində əslən azərbaycanlı olan gənc qətlə yetirilib.

Paytaxt ərazisində yerləşən çoxmərtəbəli binada mənzillərdən birinə basqın olub. Mənzilə basqın edən naməlum şəxslər evdə tək olan 20 yaşlı azərbaycanlını binanın 13-cü mərtəbəsindən yerə atıblar. O, hadisə yerindəcə keçinib.

Məlumata görə, qətlə yetirilən şəxs "Azpetrol"un sabiq prezidenti Rafiq Əliyevin qaynı Müxalif Hüseynovun oğludur.

Mərhumun meyiti bir neçə gün əvvəl Azərbaycana gətirilib və Cəlilabad rayonunda torpağa tapşırılıb.

Qeyd edək ki, M.Hüseynov uzun illər Rusiyada hüquq-mühafizə orqanlarında çalışıb və hazırda təqaüddədir.

Rafiq Əliyev sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşıdır. /Teleqraf.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru