Husilər İsrail hədəflərinə PUA-larla zərbələr endirib
Dünən, 10:18
Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər İsrailin Təl-Əviv və Aşkelondakı hədəflərinə pilotsuz təyyarələrlə zərbələr endirib.
TASS xəbər verir ki, bu barədə qiyamçıların hərbi nümayəndəsi Yəhya bildirib.
"Bu gün günortadan sonra Hərbi Hava Qüvvələri iki əməliyyat keçirib. Birincisi zamanı iki pilotsuz uçuş aparatından istifadə etməklə işğal altındakı Yaffada (Tel-Əviv) İsrailin hərbi obyektinə zərbə endirilib", - deyə husilər "Əl Masirah" telekanalında bildiriblər.
Saria əlavə edib ki, Aşkelondakı "vacib hədəfə" qarşı daha bir pilotsuz təyyarə buraxılıb.
Onun sözlərinə görə, əməliyyatlar “məqsədlərinə uğurla nail olub”.
Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra "Ənsar Allah" xəbərdarlıq edib ki, İsraili atəşə tutacaq və Fələstin anklavında əməliyyatlar dayandırılana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcək. 2023-cü ilin noyabrından husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum edib.