Rusiya üçün ŞOK! Ukrayna pilotu F-16 ilə 6 qanadlı raket vurdu: Tarixi hadisə

7-01-2025, 17:36           
Rusiya üçün ŞOK! Ukrayna pilotu F-16 ilə 6 qanadlı raket vurdu: Tarixi hadisə
Ukraynanın Hərbi Hava Qüvvələrinin təmsilçisi Yuri İqnat 13 dekabrda baş verən genişmiqyaslı raket və dron hücumu zamanı Ukrayna pilotunun F-16 qırıcısı ilə Rusiya ordusuna məxsus 6 qanadlı raketi vurduğunu açıqlayıb.

Tribunainfo.az bu barədə Ukrayna mediasına istinadla xəbər verir.

İqnatın sözlərinə görə, bu, F-16 qırıcısının bir uçuşda 6 raket vurduğu ilk hadisə kimi tarixə düşüb.

F-16 təyyarəsində yalnız 4 “hava-hava” tipli raket yerləşdirilə bilər. Pilot 4 raketi vurduqdan sonra iki düşmən raketini təyyarənin aviatopundan istifadə edərək məhv edib. Bu, pilotun yüksək səviyyəli peşəkarlığını və F-16-nın döyüş qabiliyyətini bir daha sübut edir.

Ukrayna Hərbi Hava Qüvvələri bu uğurun genişmiqyaslı hücumların qarşısını almaq və hava hücumundan müdafiə güclərini artırmaq baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru