Rusiyaya kütləvi PUA hücumu: neft bazasında yanğın şiddətləndi - VİDEO

Bu gün, 10:44           
Rusiyaya kütləvi PUA hücumu: neft bazasında yanğın şiddətləndi - VİDEO
Yanvarın 8-nə keçən gecə Ukrayna PUA-larının hücumu nəticəsində Rusiyanın Saratov vilayətinin Engels şəhərindəki neft bazasında başlayan yanğın bu gün axşam saatlarında daha da şiddətlənib.
Bakupost.az "Astra"ya istinadən xəbər verir ki, yerli sakinlər yenidən partlayış səsləri eşidiblər.
Onlardan birinin mətbuata verdiyi məlumata görə, neft bazasındakı digər çən də yanıb.
Sosial şəbəkələrdə istifadəçilər havada xoşagəlməz yanıq qoxusundan şikayət edirlər.
Rusiya nəşrləri yazır ki, Engelsdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
O da bildirilir ki, yanğının söndürülməsi nəticəsində iki nəfər ölüb. Onlar yanğınsöndürmə xidmətinin işçiləri olub.
Qeyd edək ki,yanvarın 8-də gecə saatlarında Rusiyanın Saratov vilayəti kütləvi PUA hücumuna məruz qalıb, nəticədə Engelsdəki neft anbarı vurulub. Səhər saatlarında Rusiya mediası şəhərdə ən azı 40 partlayışın baş verdiyini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.