İDDİA: Sumqayıtda avtomobildə yanaraq ölən şəxs oğru imiş? - VİDEO

13-01-2025, 09:27           
İDDİA: Sumqayıtda avtomobildə yanaraq ölən şəxs oğru imiş? - VİDEO
Sumqayıtda səhər saatlarında avtomobildə müəmmalı şəratdə yanaraq ölən şəxsin kimliyi məlum olub.

Avtosfer.az məlumat verir ki, ”Kia” markalı avtomobildə ölən şəxs 1986-cı il təvəllüdlü Fikrət Fikrət oğlu Həsənlidir.

Qeyd edək ki, səhər saatlarında şəhərin Kimyaçılar qəsəbəsində “Kia” markalı, 50 CT-685 dövlət qeydiyyat nişanlı avtomobil və onun içərisində olan 1 nəfər yanaraq külə dönüb. Hadisə ilə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Onun oğurluq məqsədilə avtomobilə daxil olduğu iddia edilir.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru