“Ömrüm boyu sayğılı nazirimə borcluyam” - Qazi Məğrur Bədəlsoy Vilayət Eyvazova TƏŞƏKKÜR ETDİ

13-01-2025, 16:49           
“Ömrüm boyu sayğılı nazirimə borcluyam” -
Bu günlərdə 1-ci dərəcəli Qarabağ əlili, DİN-in zabit-pensiyaçısı Məğrur Bədəlsoyun sağlıq durumu pisləşib, ağır astmadan əziyyət çəkən qazinin təngnəfəsliyi, boğulması şiddətlənib, qızdırması, təzyiqi qalxıb.

Əlil qazinin yaxınlarının DİN rəhbərliyinə müraciətinə anında reaksiya verilib, nazirin tapşırığı ilə Qarabağ qazisi DİN Hospitalına yerləşdirilib. İntensiv terapiya şöbəsində müalicəyə götürülən savaş əlilinin həkimlərin səyi nəticəsində hazırda həyatına təhlükə sovuşub, müalicəsi davam edir.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun bu növbəti xeyirxah jestindən, humanist addımından dünyaya yenidən gəldiyini bildirən qazi “ömrüm boyu sayğılı nazirimə borcluyam” deyir. Doğrudan böyük insanlıq, mərdlik, kişilik örnəyidir. Hər nazir də vətəndaşının, əlilinin, qazisinin sayğılı “NAZİRİM” deyiminə layiq görülmür.

"Hürriyyət"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru