Azərbaycanda şagirdin barmaqları kəsildi - Hadisə yerindən görüntülər

7-02-2025, 09:14           
Azərbaycanda şagirdin barmaqları kəsildi - Hadisə yerindən görüntülər
Baku TV xəbər verir ki, hadisə fevral ayının 4-də rayonun Rəstəcə kənd tam orta məktəbində qeydə alınıb.

Belə ki, 9-cu sinif şagirdləri arasında yaranan mübahisə nəticəsində birinin kəsici alətlə xəsarət alması ilə nəticələnib.

"Hadisə baş verəndə işdə idim. Dedilər, gəl, nəvəni qan aparır. Ondan sonra uşağı götürüb xəstəxanaya apardım. Həkim dedi ki, barmaqları kəsilib. Əməliyyat olundu, hazırda evdədir. Heç bir yerə şikayət etməmişik, ayıbdır", - xəsarət alan məktəblinin babası Əliniyaz Fərzəliyev bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, faktla bağlı Ucar Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırmalar aparılır.

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru