ChatGPT-də yeni pulsuz funksiya aktiv edildi

7-02-2025, 10:14           
ChatGPT-də yeni pulsuz funksiya aktiv edildi
"OpenAI" şirkəti "ChatGPT" süni intellekt proqramında pulsuz istifadəçilər üçün internetdə axtarış funksiyasını əlçatan edib.
İqtisadiyyat.az xəbər verir ki, əvvəllər yalnız ödənişli abunəçilərə təqdim olunan bu imkan artıq bütün istifadəçilər üçün açıqdır.

Yeni funksiyanın istifadəsində hər hansı qeydiyyat və ya əlavə maneələr gözlənilmir.

"OpenAI" bu yeniliyin ChatGPT-ni "Google" və "Bing" kimi axtarış sistemlərinə güclü alternativə çevirməyə imkan verəcəyini düşünür.

"Biz hər kəsin internetdə məlumat axtararkən ChatGPT-nin imkanlarını sınaya bilməsini istəyirik”, – şirkətdən bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru