Günəşdə dörd güclü partlayış olub

Bu gün, 10:24           
Günəşdə dörd güclü partlayış olub
Fevralın 7-də Günəşdə M güc sinfinə aid dörd partlayış baş verib

Fevralın 7-də Günəşdə M güc sinfinə aid dörd partlayış baş verib. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan bildirilib.

Qeyd olunub ki, ilk partlayış cümə gecəsi qeydə alınıb: “Fevralın 7-də Moskva vaxtı ilə saat 02:27-də (Bakı vaxtı ilə 03:27 - red.) 3984 (N12W35) Günəş ləkələri qrupunda rentgen diapazonunda 27 dəqiqə davam edən M2.3 partlayış qeydə alınıb”.

Bundan əlavə, 3981-in aktiv mərkəzində daha üç alışma baş verib - M1.6, M1.1 və M3.2.

Günəş alovları rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində hər kvadrat metrə 10 nanovatt radiasiya gücünə uyğundur. Partlayışlar adətən Günəş plazmasının emissiyaları ilə müşayiət olunur, onların buludları Yerə çataraq maqnit fırtınalarına səbəb ola bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.