Çində torpaq sürüşməsi 10 ev dağıdıb, 30 nəfər itkin düşüb

9-02-2025, 11:54           
Çində torpaq sürüşməsi 10 ev dağıdıb, 30 nəfər itkin düşüb
Çinin Sıçuan əyalətində torpaq sürüşməsi nəticəsində 10 ev uçqunaltında qalıb, 30 nəfər itkin düşüb.
"trthaber" xəbər verir ki, bölgəyə bir neçə xilasetmə qrupu göndərilib. Sürüşmə nəticəsində 2 nəfər xilas edilib, 200-ə yaxın insan isə təhlükəsiz ərazilərə təxliyə edilib.

Çin prezidenti Si Tsinpinq rəsmilərə itkin düşənlərin axtarışı və insan itkilərinin minimuma endirilməsi üçün hər cür səy göstərməyi tapşırıb.

Çin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, xilasedicilər yüzlərlə insan itkisinin qarşısını almaq üçün səylərini davam etdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru