Fransada təxribat: Atatürkün heykəli oğurlandı

9-02-2025, 12:34           
Fransada təxribat:
Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün Fransadakı yeganə büstü Parisətrafı məhəllələrin birində naməlum şəxslər tərəfindən oğurlanıb.

“CNN Türk” telekanalı xəbər verir ki, Trabzon Mühacirlər Cəmiyyətinin təşəbbüsü ilə cəmi 3,5 ay əvvəl qoyulmuş büst Epinay-sur-Seine kommunasında naməlum şəxslər tərəfindən oğurlanıb.

Cəmiyyətin rəhbəri Bülent Cumhur bildirib ki, müşahidə kameraları cinayət əməlinin yeddi iştirakçısını qeydə alıb.

O deyib: “Bu çirkin cinayəti qətiyyətlə pisləyirik. Təxribatın arxasında konkret kimin olduğu məlum deyil. Bütün iştirakçılar cəmi 4 dəqiqə ərzində hadisə yerindən qaçıblar. Polis araşdırmalarını davam etdirir”.

B.Cumur oğurlanmış büstün yerinə tezliklə yenisinin qoyulacağına söz verib.

Bu arada, Türkiyənin Mersin şəhərinin Yenişehir rayon bələdiyyəsinin başçısı Abdulla Özyiğit yeni büstün Fransaya göndərilməsi üçün göstəriş verildiyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru