Bağçada uşağı döyən müəllim işdən azad olundu

9-02-2025, 12:06           
Bağçada uşağı döyən müəllim işdən azad olundu
Bakının “Orbita” uşaq bağçasında uşaqlara fiziki zorakılıq tətbiq edilməsi barədə məlumatlar sosial şəbəkələrdə yayılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, görüntülərdən sonra bağça rəhbərliyi məsələyə dərhal müdaxilə edərək araşdırma aparıb.

Araşdırma nəticəsində uşaqlara zorakılıq tətbiq edən müəllim Diana Maksimovna Bahəddinova işdən azad olunub. Bundan əlavə, bağçanın digər məsul şəxsləri barədə də intizam tədbirləri görülüb.

Bağça rəhbərliyi hadisə ilə əlaqədar dərin təəssüf hissi keçirdiyini bildirib və belə halların təkrarlanmasının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə müvafiq göstərişlər verib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru