Məktəbin həyətində qadının şah damarını kəsdilər

11-02-2025, 09:34           
Məktəbin həyətində qadının şah damarını kəsdilər
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən E.N.Qaranzadə adına 270 nömrəli tam orta məktəbin həyətində məktəbdə çalışan qadının keçmiş əri təhsil müəssisəsinin həyətində onun şah damarını kəsib.

TEREF APA-ya istinadən xəbər verir ki, hadisə məktəbin böyük korpusunun qarşısında, saat 15 radələrində baş verib.

270 nömrəli tam orta məktəbdən bildirilib ki, təhsil ocağının qadıntexniki işçisinə keçmiş həyat yoldaşı kəsici alətlə xəsarət yetirib: "Xilas olmaq üçün məktəbin həyətinə daxil olan texniki işçiyə orada ilkin tibbi yardım göstərilib. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma və hüquq-mühafizə orqanına məlumat verilib".

O, boyunun arxa hissəsinin kəsilmiş yarası diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru