Ozon yanmış anbarına görə milyardlıq iddia qaldırıb

11-02-2025, 09:44           
Ozon yanmış anbarına görə milyardlıq iddia qaldırıb
"Ozon" şirkətinin hüquqi şəxsi olan "İnternet Resheniya" Moskva vilayətinin Arbitraj Məhkəməsinə 5,49 milyard rubl məbləğində iddia ərizəsi təqdim edib.
İqtisadiyyat.az xəbər verir ki, iddiaçı tərəf cavabdeh kimi "Orientir Qərb-1" şirkətini göstərib.

Bu şirkət iri tikinti layihələri ilə məşğul olan "Orientir" developer qrupuna daxildir.

Məlumata görə, iddia 2022-ci ilin yayında yanan "İstra" anbarının sahibinə qarşı qaldırılıb. İddianın detalları hələ dərc olunmayıb və məhkəmə prosesi başlanmayıb.

"Ozon" yanğından ümumi ziyanın 10,8 milyard rubl olduğunu açıqlayıb. Ancaq sığorta şirkəti "İnqosstrax" yalnız 6,44 milyard rubl kompensasiya ödəyib. Buna görə də "Ozon" sığorta ilə əhatə olunmayan zərərin bir hissəsini geri almaq üçün məhkəməyə müraciət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru