İtaliyada fırıldaqçılar nazirin səsini təqlid edib, külli miqdarda pul ələ keçirdilər

11-02-2025, 10:28           
İtaliyada fırıldaqçılar nazirin səsini təqlid edib, külli miqdarda pul ələ keçirdilər
İtaliyada telefon fırıldaqçıları iri sahibkarlardan və korporasiya rəhbərlərindən külli miqdarda pul qoparmaqdan ötrü ölkənin müdafiə naziri Quido Krozettonun səsini təqlid ediblər.

Oxu.Az "Euronews" telekanalına istinadla xəbər verir ki, İtaliyanın bir sıra ən zəngin insanları Q.Krozettonun və onun əməkdaşlarının adından təqribən bir milyon avronu Honkonqdakı bank hesabına köçürmək xahişi ilə telefon zəngləri alıblar.

Pullar guya Yaxın Şərqdə oğurlanmış italyan jurnalistlərin azad edilməsi üçün tələb olunan məbləğin ödənilməsinə xərclənməli idi.

Zəng edilənlərin siyahısında "Pirelli"nin rəhbəri Marko Tronketti Provera, iri investor Dieqo Della Valle, dizayner Corcio Armani, "Prada"nın baş direktoru Patritsio Bertelli, həmçinin "İnter" futbol klubunun keçmiş prezidenti Massimo Moratti var.

Milan prokurorluğu fakt üzrə təhqiqat aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru