“Porsche” 1900 işçisini ixtisar edəcək

14-02-2025, 11:14           
“Porsche” 1900 işçisini ixtisar edəcək
Almaniyanın lüks avtomobil istehsalçısı “Porsche” elektrikli avtomobillərə tələbatın zəifləməsi, eləcə də çətin geosiyasi və iqtisadi şərait fonunda onilliyin sonuna qədər işçi qüvvəsini 1900 nəfər azaltmağı planlaşdırır.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.

“Porsche”, işçilərə təzminat paketləri və erkən təqaüdə çıxmaq üçün təşviqlər təklif edərək iki Almaniya zavodunda işçilərini ixtisar edəcək. Bundan əlavə, şirkət yeni kadrların işə qəbulunu məhdudlaşdırmaq niyyətindədir. “Porsche”nin məqsədi 2029-cu ilə qədər işçilərin sayını 15% azaltmaqdır.

Şirkət qeyd edir ki, əmək zəmanəti müqaviləsi Almaniyadakı bütün işçiləri üçün 2030-cu ilə qədər qüvvədə qalır. Beləliklə, bu müddət başa çatana qədər işçilərin işdən çıxarılması yalnız könüllü olaraq həyata keçirilə bilər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru