ABŞ-də leysan: Azı doqquz nəfər həlak olub

17-02-2025, 07:07           
ABŞ-də leysan: Azı doqquz nəfər həlak olub
ABŞ-nin Corciya və Kentukki ştatlarında güclü leysan yağışları nəticəsində ən az doqquz nəfər həyatını itirib.

Oxu.Az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Kentukki ştatında səkkiz nəfər, Corciya ştatında isə bir nəfər təbii fəlakətin qurbanı olub. Təcili xidmət orqanları son 24 saat ərzində 1000-dən çox insanı xilas edə bilib.

Kentukki ştatının qubernatoru Endi Beşir leysan yağışlarını "ştatın son on il ərzində qarşılaşdığı ən ciddi hava hadisələrindən biri" adlandırıb.

Kentukkidə bir sıra yerlərdə su səviyyəsi rekord həddə çatıb, yerli hakimiyyət orqanları 300-dən çox yerdə yolları bağlamağa məcbur olublar.

"PowerOutage" monitorinq resursunun məlumatına görə, ştatda demək olar ki, 30 min abonent elektrik enerjisindən məhrum qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru