Hindistanda tələbə imtahana gecikməmək üçün çantası ilə birlikdə uçdu VİDEO

18-02-2025, 17:17           
Hindistanda tələbə imtahana gecikməmək üçün çantası ilə birlikdə uçdu  VİDEO
Hindistanda tələbə tıxaclardan yayınmaq və imtahana vaxtında çatmaq üçün universitetə ​​paraşütlə ilə gedib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Indian Express" nəşri məlumat verib.

Məlumata görə, Hindistanın Maharaştra ştatının Pasarani kəndindən olan Samart Mahanqade adlı tələbə imtahana gecikməmək üçün paraşütdə uçub.

Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə gündəm olub.

Tələbənin sözlərinə görə, imtahanın başlamasına cəmi 15-20 dəqiqə qalıbmış və o, universitetdən uzaqda imiş. Samart başa düşüb ki, tıxac səbəbindən universitetə vaxtında çata bilməyəcək və bu qeyri-adi nəqliyyat növündən istifadə etmək qərarına gəlib.

Ekstremal idman növləri üzrə mütəxəssis Qovind Yevale Samart üçün uçuş təşkil edib. Bütün lazımi avadanlıqlarla təchiz edilmiş tələbə üzərində kollec çantası ilə birlikdə səmaya qalxıb və təhsil binasının yaxınlığında sağ-salamat yerə enib, imtahana da vaxtında çatıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.