“Kontakt Home” borcunu ödəyə bilməyən müştərisini həbs etdirdi

19-02-2025, 10:44           
“Kontakt Home” borcunu ödəyə bilməyən müştərisini həbs etdirdi
“ABC-Telecom” MMC-yə (“Kontakt Home” əmtəə nişanı altında fəaliyyət göstərir) borcu olan şəxs həbs edilib.

TEREF Valyuta.az-a istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Göyçay rayonun Alxasava kəndində anadan olan G.F “Kontakt Home” mağazalar şəbəkəsindən məhsul alıb.

Müştərinin “ABC Telecom” MMC-yə 1897 manat borcu yaranıb.

“ABC Telecom” MMC sözügedən borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət edib.

Məhkəmədə G.F günəmuzd fəhlə işlədiyini, aylıq qazancı 400 manat civarında olduğunu və maddi imkanı olmadığından borcunu ödəyə bilmədiyini deyib.

Məhkəmənin qərarı ilə, G.F İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona 8 gün müddətinə inzibati həbs tənbeh növü təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru