Rusiyada 18-ci mərtəbədən yıxılan gənc sağ qaldı

19-02-2025, 12:38           
Rusiyada 18-ci mərtəbədən yıxılan gənc sağ qaldı
Rusiyanın Vladimir şəhərində 27 yaşlı gənc 18-ci mərtəbədən yıxıldıqdan sonra sağ qalıb.

NEWS.ru xəbər verir ki, bu barədə Vladimir şəhərinin axtarış-xilasetmə dəstəsinin mətbuat xidməti məlumat yayıb.

O, həyətdə dayanmış avtomobilin üzərinə düşüb. Zərbənin təsirindən maşının şüşəsi sınıb və zərərçəkən avtomobilin içinə düşüb.

"Belə bir "uçuş"dan sonra sağ qalmaq sadəcə bir möcüzədir", - xilasedicilər hadisəni şərh ediblər.

Onlar tez bir zamanda kişini zədələnmiş avtomobildən çıxararaq tibb işçilərinə təhvil veriblər. O, hazırda xəstəxanadadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru