Direktorun idarə etdiyi maşın qəzaya uğradı: müəllimlər YARALANDI

20-02-2025, 17:15           
Direktorun idarə etdiyi maşın qəzaya uğradı: müəllimlər YARALANDI
Ötən gün müəllimlərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin bir sıra detalları məlum olub.

Modern.az-ın məlumatına görə, İsmayıllı rayon 6 saylı tam orta məktəbin direktoru Qalib Bəşirovun idarə etdiyi "Ford" markalı avtomobil dumana görə idarəetməni itirib və səkiyə çırpılıb.

Hadisə nəticəsində həmin məktəbin 2 müəlliminin xəsarət aldığı bildirilir.

Ötən gün günorta saatlarında İsmayıllı-Muğanlı yolunda avtomobil qəzası baş verib.

Modern.az-ın məlumatına görə, güclü duman qəzaya səbəb olub.

Məlumata görə, qəzaya düşənlər İsmayıllı rayonundan olan müəllimlər olub. Onlar Bakıda keçirilən tədbirə qatılmaq üçün yola düşüblər.

Məktəb direktorunun idarə etdiyi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alanlar olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru