Qızları “moykaya” salıb başlarına oyun gətirdilər

22-02-2025, 16:14           
Qızları “moykaya” salıb başlarına oyun gətirdilər
Qızları “moykaya” salıb başlarına oyun gətirdilər. Rusiyanın Sverdlovsk vilayəti prokurorluğunun mətbuat xidməti bir qrup gəncin Kamensk-Uralskidə avtoyuma məntəqəsində iki qızı döydüyünü bildirib. AzPost MK-ya istinadla xəbər verir ki, hadisə yanvarın 3-də axşam saatlarında Karl Marks küçəsində yerləşən avtoyuma məntəqəsində baş verib.

“Gənclər qrup halında hərəkət edərək iki qızın baş və bədən nahiyəsinə zərbələr endiriblər. Zərərçəkənlərdən biri azyaşlıdır”, – deyə vilayət prokurorluğundan bildirilib.

Hazırda 21, 18 və 17 yaşlı üç yerli sakin barəsində xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Qeyd olunur ki, döyülmə “şəxsi münaqişə zəminində” baş verib.

Qızları “moykaya” salıb başlarına oyun gətirdilər.

Yerli medianın məlumatına görə, münaqişə qızlardan birinin hücum edənlərdən biri ilə münasibət qurmaqdan imtina etməsindən sonra baş verib. Bundan sonra qızları avtoyuma məntəqəsinə aparıblar, çılpaq soyundurublar və bir saatdan çox soyuq su və avtoyuma köpüyü ilə isladıb sonraisə döyüblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru