Uolts: "ABŞ ordusu husilərin liderlərini zərərsizləşdirib"

24-03-2025, 11:18           
Uolts: "ABŞ ordusu husilərin liderlərini zərərsizləşdirib"
ABŞ ordusu Yəmənin "Ənsar Allah" hərəkatının liderlərini zərərsizləşdirib, hərəkatın qərargahına və silah fabriklərinə zərbələr endirib.

Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts "CBS News"a açıqlamasında bildirib.

"Biz husilərin liderlərini, o cümlədən raket mütəxəssislərini məhv etmişik, onların qərargahına, rabitə mərkəzlərinə, silah istehsalı zavodlarına və hətta bəzi suüstü pilotsuz aparat istehsalı obyektlərinə zərbə endirmişik", - deyə o bildirib.

Uolts zərərsizləşdirilən şəxslərin kimliyini açıqlamayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru