Eldar Mahmudovun mağazaları açıldı - FOTOLAR

20-10-2016, 14:31           
Eldar Mahmudovun mağazaları açıldı - FOTOLAR
Ləğv olunmuş MTN-in sabiq rəhbəri Eldar Mahmudov ciddi fəaliyyətə başlayıb.

BakıPost.az xəbər verir ki, o, "dondurulan” işlərini qaydaya salıb, MTN ətrafında baş verən gərginlik vaxtı fəaliyyəti dayandırılan obyektlərinin açılışını edib.

Bu obyektlər arasında Bakıda məşhur olan şərab mağazaları da var.

Məlum olduğu kimi, E.Mahmudov vəzifəsindən qovulduqdan sonra İnşaatçılar və Nəriman Nərimanov prospektlərindəki iri şərab evləri bağlanmışdı və bu barədə mətbuatda da məlumat yayılmışdı. Bir neçə gün əvvəl isə həmin şərab evləri fəaliyyətə başlayıb.

Məlumata görə, bu şərab evləriylə yanaşı Mahmudovun digər obyektlərində də işlərə start verilib.

Qeyd edək ki, Eldar Mahmudov 2015-ci il oktyabrın 17-də vəzifəsindən azad edilib. Bundan sonra Milli Təhlükəsizlik Nazirliyində (MTN) çalışan yüksək rütbəli şəxslərin dəhşətli cinayətlərinin üstü açılıb. Başlanan prosesdə Eldar Mahmudovun həbsi gözlənilsə də, hələlik bu, baş verməyib. Əksinə, görünür, o, həbs təhlükəsini tamamilə adladığına əmin olduğuna görə şəxsi biznesini qaydaya salmağa başlayıb.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.