Ağcaqanad 1 yaşlı uşağın həyatını məhv etdi - 6 ildir yataq xəstəsidir - FOTO

24-05-2025, 00:02           
Ağcaqanad 1 yaşlı uşağın həyatını məhv etdi - 6 ildir yataq xəstəsidir - FOTO
Eskişehirdə yaşayan 8 yaşlı Mehmet Emir Özbakanın taleyi ağcaqanad sancmasının nə qədər təhlükəli ola biləcəyini bir daha gündəmə gətirib.

"Referans" türk mediasına istinadla xəbər verir ki, təxminən 6 il yarım əvvəl ailəsi ilə birlikdə Afyonkarahisarın Emirdağ rayonuna gedən Mehmet Emiri burada Qərbi Nil virusunu daşıyan ağcaqanad sancıb. Daha sonra o, yatağa məhkum olub.

Hadisə baş verdikdə cəmi 1,5 yaşında olan Mehmet Emir sancmadan sonra yuxuya gedib və oyandıqda bədənində ciddi problemlər müşahidə olunmağa başlayıb. Ağcaqanad sancması nəticəsində beyninə infeksiya yayılan azyaşlı uşaq dərhal müalicə altına alınıb.

İllərdir davam edən intensiv fizioterapiya və müalicələr nəticəsində Mehmet Emir artıq boru ilə qidalanmaqdan xilas olub və bədənində müəyyən hərəkətlər yaranıb. Lakin yenə də tam sağalmadığı bildirilir.

Onun anası N.Ö. oğlunun keçmiş sağlam günlərini xatırlayaraq bunları deyib: "Əmir o vaxt 1,5 yaşında idi, yeriyə bilirdi, danışa bilirdi. Getdiyimiz yerdə onu ağcaqanad dişlədi, yuxuya getdi və sonra oyananda artıq əvvəlki kimi deyildi. İndi 8 yaşı var və 6,5 ilə yaxındır ki, hər gün fizioterapiyaya gedirik. Bu xəstəliyə bir çarə tapmağa çalışırıq" .

Balaca Mehmet Əmirin hekayəsi sadə görünən bir ağcaqanad sancmasının belə ciddi fəsadlara yol aça biləcəyini bir daha göstərir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru