Evini kirayə verib, "razetka"ya kamera yerləşdirdi - FOTO

27-05-2025, 09:38           
Evini kirayə verib, "razetka"ya kamera yerləşdirdi - FOTO
Türkiyənin Dənizli şəhərində evini kirayə mənzilə çevirib divardakı üçgirişli elektrik yuvalarına gizli kamera yerləşdirən ev sahibi polis tərəfindən saxlanılıb.
TEREF milli.az-a istinadən xəbər verir ki, hadisə Dənizlinin Pamukkale rayonunun Kınıklı məhəlləsində baş verib.

Məlumata gör, evinin alt mərtəbəsini bölərək üç ayrı mənzilə çevirən M.F. bu yerləri gündəlik kirayəyə verirmiş.

Mənzillərdən birini kirayə götürən şəxs divarda yanıb-sönən işıqdan şübhələnib və elektrik yuvasını çıxararaq içərisində yatağı görəcək istiqamətdə yerləşdirilmiş kamera və yaddaş kartı aşkarlayıb. Daha sonra otaqda olan digər elektrik yuvasını da sökən kirənişin eyni vəziyyətlə qarşılaşıb və dərhal polisə məlumat verib.

Əraziyə gələn hüquq-mühafizə orqanları digər iki otaqda da oxşar şəkildə qurulmuş gizli kameralar aşkarlayıb. Saxlanılan ev sahibi M.F. istintaqdan sonra həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru