Rusiyada gürzə onu telefonla lentə alan uşağı dişlədi - ANBAAN GÖRÜNTÜLƏR

29-05-2025, 11:38           
Rusiyada gürzə onu telefonla lentə alan uşağı dişlədi -
Rusiyanın Çelyabinsk vilayətinin Nijni Ufaley şəhərində gürzə ilanı onu telefonla lentə almaq istəyən uşağa hücum edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Verxneufaleysk Şəhər Dairəsi Administrasiyasının Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, uşaq günəşin altında uzanan ilanı görüb və yaxınlaşaraq onu telefona çəkməyə başlayıb. Bu zaman gürzə dərhal reaksiya verib və uşağın barmağını dişləyib. Telefon uşağın əlindən yerə düşüb. İlan isə kolluqların arasında sürünərək gözdən itib.

Uşaq təcili olaraq xəstəxanaya yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru