Azərbaycanda müəllimlər avtobusda saçyolduya çıxdılar

29-05-2025, 11:42           
Azərbaycanda müəllimlər avtobusda saçyolduya çıxdılar
Göygöl rayonunda qadın müəllimlər dalaşıblar.

TEREF oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qızılca kəndinə sərnişin daşıyan marşrut avtobusunda baş verib.

Qızılca kənd orta məktəbinin müəllimi işləyən Səbinə Quliyeva (soyad şərtidir) vəzifəsindən azad edilir. Hadisədən bir müddət sonra o, kənd marşrutunda keçmiş həmkarı Tacirə ilə rastlaşır və onu işdən çıxmasına Tacirənin səbəb olduğunu deyir. Avtobusda müəllimlər arasında mübahisə davaya çevrilir və onlar saçyolduya çıxırlar. Hadisə nəticəsində Səbinə Tacirəni saçından tutaraq avtobusda sürüyür.

Sürücü hadisəyə müdaxilə edərək onları ayırsa da, müəllimlər küçədə yenidən davaya başlayırlar. Hadisə nəticəsində Tacirə müxtəlif bədən xəsarətləri alır.

Faktla bağlı cinayət işi başlanır və iş məhkəməyə göndərilir.

Göygöl Rayon Məhkəməsinin hökmü ilə S.Quliyeva Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru