Məzuniyyətdə doğma kəndinə gedən şəxs faciəli şəkildə öldü VİDEO

Bu gün, 17:44           
Məzuniyyətdə doğma kəndinə gedən şəxs faciəli şəkildə öldü  VİDEO
Kəlbəcərdə 63 yaşlı kişi qayalıqdan yıxılaraq dünyasını dəyişib.

Belə ki, hadisə rayonun Qamışlı kəndində qeydə alınıb.

Məlumata görə, dünyasını dəyişən şəxs əslən Kəlbəcərdən olan, hazırda Goranboy rayonunun Qaraçinar kəndində müvəqqəti məskunlaşan Rəşad Baxışovdur. O, məzuniyyətə çıxaraq doğma kəndinə - Kəlbəcərə gedibmiş.

Mərhumun oğlu Xəyyam Baxışovun sözlərinə görə, atası həmin gün qohumu ilə birlikdə çiçək yığmağa yollanıb:

"Daşlar ayağının altından sürüşüb və yıxılıb. Hadisədən sonra kənddən kömək çağırıblar. Təxminən iki-üç saat sağ qalıb. Torpaqlarımız işğaldan azad olunandan sonra tez-tez Kəlbəcərə gedərdi. Deyirdi ki, mən ora ilə nəfəs alıram".

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru