Çexiyada xəzinələrlə dolu 2200 illik yaşayış məskəni aşkar edildi
Bu gün, 16:48
Çexiyanın tarixi bölgəsi olan Bohemiyada əvvəllər məlum olmayan Kelt yaşayış məskəni aşkar edilib.
Bu barədə "Live Science" məlumat yayıb.
Qazıntılar zamanı bir neçə yüz qızıl və gümüş sikkə, o cümlədən 1 000-dən çox zərgərlik məmulatı tapılıb.
25 hektar ərazini əhatə edən böyük və qədim yaşayış məskəni magistral yol tikintisi zamanı üzə çıxıb. Arxeoloqlar 2 200 illik Kelt yaşayış məskənində qədim xəzinə, o cümlədən kəhrəba və nəfis saxsı qablar aşkar ediblər.