Balaca Manaf həkimin qurbanı oldu - Video

12-11-2016, 23:21           

Ayağına tikiş iynəsi batan azyaşlı uşaq həkim səhlənkarlığının qurbanına çevrilib.

Axar.az Xəzər xəbər-ə istinadən xəbər verir ki, uşaq 2 dəfə əməliyyat olunsa da, iynənin bir hissəsi hələ də ayağında qalır. Ürək ağrıdan hadisə Şamaxıda baş verib.

Ehiyatsızlıq nəticəsində Şamaxının Muğanlı kənd sakini 8 yaşlı Manaf Soltanlının ayağıına tikiş iynəsi batıb. Atası azyaşlını Şamaxı rayon Mərkəzi Xəstəxanasına gətirib. Uşaq rentgen muayinəsindən keçib və sağ ayağının baş barmaq nahiyəsində yad cisim təsbit edildiyindən, əməliyyat olunub. Ancaq əməliyyatdan bir neçə gün sonra uşağın ayağında ağrılar yaranıb. Valideyn yenə xəstəxanaya müraciət edib. Bu dəfə də onun ayağından iynənin daha bir hissəsi çıxarılıb.

Valideyn Vüsal Soltanlı deyir ki, ikinci əməliyyatdan sonra da iynənin arxa hissəsi, yəni daha bir parçası uşağın ayağında qalır.

İndi ata qalıq cismin zərər verəcəyindən narahat olub və həkimi günahlandırır.

Əməliyyat edən cərrah Ədalət Həmidov isə həmin qırığın çox kiçik olduguna görə ziyansız olduğunu deyir.

Bununla razılaşmayan valideyn həkim Ədalət Həmidov barəsində həm Səhiyyə Nazirliyinə, həm də rayon prokurorluguna şikayət verib. Hazırda Şamaxı Prokrorluğunda sözügedən hadisə ilə bağlı araşdırma aparılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru