İsmayıllıda DƏHŞƏT — Qız anasını uçurumdan atdı

13-11-2016, 15:31           

Bu gün İsmayıllı rayonunun Qalacıq kəndində dəhşətli hadisə yaşanıb.

teref.az xəbər verir ki, yerli sakinlərin publika.az-a verdiyi məlumata görə, Gülzadə Həmzəyeva adlı qız anası Şükufə Həmzəyevanı uçurumdan atıb. Məlumata görə, ana ilə qız uzun müddət imiş ki, yola getmirmişlər. Buna görə də kəndin icra nümayəndəsi onlara vaqon verib ki, ayrı-ayrı yerlərdə yaşasınlar. Lakin bu da ana və qızın mübahisəsini səngitməyib. Nəticədə bu gün səhər 19-20 yaşı olduğu təxmin edilən Gülzadə Həmzəyeva anası, 70 yaşlı Şükufə Həmzəyevanı kəndin yaxınlığındakı uçuruma gətirərək oradan aşağı atıb.

Təxminən 30-40 metr hündürlüyü olan uçurumdan düşən yaşlı qadının dadına kənd sakinləri çatıblar. Onlar Ş.Həmzəyevanı evə gətirərək, polisi hadisə ilə bağlı məlumatlandırıblar. Hələ ki, polisin gəlməsini gözləyirlər. Qadın ölməsə də, bədənində çoxsaylı sınığın olduğu deyilir.
Qeyd edək ki, Şükufə Həmzəyevanın ruhi xəstə olduğu bildirilir. O, bir neçə gün öncə Bakıda müalicə alaraq İsmayıllıya qayıdıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.