Hakimin qərarı etiraz yaratdı - 712 manat əmək haqqıdan 468 manat alimentə tutulacaq

Bu gün, 17:14           
Hakimin qərarı etiraz yaratdı - 712 manat əmək haqqıdan 468 manat alimentə tutulacaq
Azad Şükürov yazır: "Oğlum 2016-cı ildə ailə qurduqdan iki aydan sonra, "gəlin" hamilə qalandan oğluma dedi ki, evdən qovaraq "Mənə uşaq lazımdır, sən lazım deyilsən”.

Aldığımız qızıl-zinət əşyaları gəlində qaldı. Qeyd edim ki, onlar kirayə evdə yaşayırdılar. Həmin evdən də “gəlin” öz atası evinə getdi. Bu da ona dəlalət edir ki, “gəlin”-in əvvəl gündən oğlumla ailə qurmaq niyyəti olmamış, məqsədi yalnız uşaq əldə etdikdən sonra oğlumdan gələcəkdə aliment tələb etmək olmuşdur.
Belə ki, o, bizim xəbərimiz olmadan uşaq doğaraq, onu oğluma göstərməyib, əvəzində məhkəməyə aliment tələbi ilə müraciət etdi. Bununla da gəlin oğlumun etibarından sui-istifadə edib.

Bütün bunları işə baxan məhkəmələr nəzərə almamışdır. Onun bizim etibarımızdan sui-istifadə etməsi maddəsi ilə məhkəməyə müraciət etməyimizə baxmayaraq, məhkəmə oğlumdan onun xeyrinə hər ay aliment ödənilməsinə dair qərar verdi.

Qeyd edim ki, indiyədək oğlum tərəfindən vaxtında aliment ödənilib. Bu yaxında qarsi tərəf, yəni gəlin “alimentin indeksasiyası" etmək adı ilə Yasamal rayon məhkəməsinə ərizə ilə müraciət etdi. Məhkəmə qarsı tərəfin xeyrinə bir uşağa görə 468 manat alimentin ödənişi etməyə qərar verdi.

Həmin məhkəmə qərarından Bakı Apellyasiya məhkəməsinə şikayət etsək də, lakin Apellyasiya məhkəməsi həmin qərarı qüvvədə saxladı və Bakı apellyasiya məhkəməsinin qərarından Ali məhkəməyə şikayət etmək hüququmuzun olmadığı qeyd olundu.

Yasamal rayon və Bakı Apellyasiya məhkəməsi hec bir araşdırma aparmadan, sübutları əldə edilməsi barədə vəsatətlərimizə münasibət bildirmədən, oğlumun dövlət işində aldığı əmək haqqının 712 manat olduğunu və əlavə gəlirinin olmadığını nəzərə almadı. Belə qərəzli qərarla bir uşağa görə 468 manat məbləğində alimenti hansı hüququ əsasla təyin edildiyi bizim üçün təəccüblü və maraqlıdır.

Qeyd edim ki, hər iki məhkəmə instansiyasında proses cəmi iki dəqiqə vaxt aparıb. Respublikada "indeksasiya" qərarı, 250- 300 - manat pensiya və əmək haqqı alanlara tədbiq edilmədiyi halda, hansı əsasla bir uşaqa görə, 468 manat aliment tətbiq edilir? Bu eybəcər qərarı hansı əsasla və hansı məqsədlə tətbiq edilməsi maraq doğurur. Heç bir sivil ölkədə belə qərar tətbiq edilmir. Hər iki məhkəmənin qərarlarında qarşı tərəfin ərizəsinin təmin edilməsinə səbəb kimi Ailə Məcəlləsinin 110.2-ci maddəsinə və Ali məhkəmənin 20.12.2014-cü il tarixli qərarına istinad edərək belə qeyd edir ki, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Hakimlər yuxarıda qeyd etdiyim normaları oğluma dair münasibətdə düzgün tətbiq etməmiş, araşdırmanı səthi aparmış tərəflərin maddi vəziyyətini nəzərə almamış bunun da nəticəsində formal qərardad qəbul etmişdir.

Belə ki, oğlum qarşı tərəfin ərizəsinə qarşı verdiyi etiraz ərizəsində qeyd etmişdir ki, tələbkar uşaq bağçasında müəllimə işləyir. Bu o deməkdir ki, tələbkar özü də uşağın maddi cəhətdən saxlanılmasında iştirak etməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin II bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin hər ikisinin borcudur. Lakin hakim tələbkarın işləməsini nəzərə almamış, onun iş yerinə əmək haqqı barədə məlumat almaq üçün sorğu göndərməmiş, tələm-tələsik işə baxıb qərardad qəbul etməklə işini bitmiş hesab etmişdir.

Bu da nəticə etibarı ilə ədalət mühakiməsinin prinsiplərinə zidd olan qanunsuz məhkəmə aktı ilə nəticələnmişdir. Belə ki, məhkəmənin bu qərardadı oğlum hər ay 1 uşağın saxlanması üçün, tələbkara 468 manat aliment ödəməlidir. Hakim heç onun əmək haqqısı barədə rəsmi məlumat almadan, ona yüksək aliment məbləği yükləmişdir.

Bildirim ki, Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

Lakin məhkəmə həmin məbləğdən iki dəfə artıq oğlumdan aliment tutmuşdur ki, bu da nə qanunla, nə də ki, məntiqlə düzgün deyil. Oğlumun əmək haqqından 1 uşağa görə 468 manat aliment tutularsa, yerdə qalan məbləğlə o, necə dolana bilər və ya gələcəkdə yeni ailə qurarsa o, yerdə qalan əmək haqqı ilə ailəsini necə dolandıra bilər?! Hakim qərardadı qəbul edəndə, bu halları nəzərə almamışdır.

Qeyd edim ki, ailəm ziyalıdır. Mən, “Yeni Azərbaycan Partiyası”nın üzvüyəm, vəteran idmançı, “Bədən tərbiyəsi akademiyası”nın məzunuyam. Atam filologiya elmləri doktoru, professor Sadıq Şükürov Ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığı haqqında ilk dəfə 1995 ildə "Millət atası" adli kitab yazmış, yüzlərlə kitab və monoqrafiyaların müəllifidir. Ailəmiz həmişə ölkə qanunlarına hörmətlə yanaşmış və bu vaxta qədər heç bir qanun pozuntusuna yol verməmişdir.

Lakin bəzi hakimlər bilərəkdən, dövləti və dövlətçiliyi dəstəkləyən vətəndaşları dövlətin qanunlarından narazı salmaq üçün onlara qarşı ədalətsiz qərarlar qəbul edirlər.

Sidən xahiş edirəm, yuxarıda qeyd etdiyim məhkəmə hakimlərinin ədalətsiz və qanunazidd qərardadlarından narazılığımızı ictimailəşməsinə köməklik göstərəsiniz.

Azad Şükürov
Oğlan atası
Paralel.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru