Qarabağda ermənilər arasında atışma - ölən var

14-11-2016, 16:06           
Qarabağda ermənilər arasında atışma - ölən var
Qarabağda erməni əsgərinin ölümü ilə nəticələnən silahlı insident baş verib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə Cəbrayıl istiqamətində Azərbaycan ordusu ilə üzbəüz yerləşən düşmən postlarının bir-birilə atışması nəticəsində baş verib.

Belə ki, rəsmi məlumata görə, döyüş mövqelərindən birində yerləşən kiçik çavuş tabeliyindəki silahla qonşu postda növbə çəkən pulemyotçu Vardan Arakelyana atəş açıb və onu öldürüb.

Faktla bağlı adı açıqlanmayan çavuş gözaltına alınıb.

Xatırladaq ki, işğal olmuş torpaqlarda yerləşən erməni ordusunda hərbi intizamın və döyüş ruhunun aşağı olması tez-tez silahlı insidentlərə səbəb olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru