Xəstəxanada can verən xəstənin cibinə girdilər - BALAKƏNDƏ ŞOK OLAY

14-11-2016, 19:49           
Xəstəxanada can verən xəstənin cibinə girdilər - BALAKƏNDƏ ŞOK OLAY
Balakən rayon sakini Gülarə Muradova Gununsesi.info-ya müraciət edib. Saytımıza yolladığı məktbunda vətəndaş qardaşının başına gələn faciəvi ölümündən sonra üzləşdikləri bir olaydan yazıb. Onun məktubunu dərc edirik:
Oktyabrın 25-də Balakən rayonunun Talalar kəndində qardaşım Muradov Hikmət Hənəfi oğlunu maşın vurub. Qardaşım qızının toyuna adam çağırmaq üçün getmişdi. Təəssüf ki, bu faciə yaşandı. Xəstəxanada can verərkən, toya ərzaq almaq üçün götürdüyü 550 manat pulu cibindən götürüblər. Mən bununla əlaqədar Balakən rayon hüquq-mühafizə orqanlarına, o cümlədən icra başçısına müraciət etdim. Mənə verilən cavab bu oldu ki, xəstəxananın müdiri məzunuyyətdədir, gələndə araşdırılar. Ancaq heç bir tədbir görülmədi. Odur ki, Gununsesi.info saytı vasitəsilə Azərbaycanın səhiyyə nazirinə üz tutaraq, Balakən Rayon Xəstəxanasındakı olayın araşdırılmasına göstəriş verməsini xahiş edirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru