Dövlət Məşğulluq Agentliyindən absurd tələb? FOTO
Bu gün, 10:25

Ucar rayonu Lək kənd sakini Süleymanov Məhbus Ağamirzə oğlu tərəfindən şikayət məktubu daxil olub ünvanlanıb. Poçtumuza daxil olan şikayətdə deyilir:
Ucar rayonu Lək kənd sakini Süleymanov Məhbus Ağamirzə oğlu tərəfindən
ŞİKAYƏT
Dövlət Məşğulluq Agentliyinin kənd təsərrüfatı üzrə özünüməşğulluq proqramında yol verilmiş saxtakarlıq və məsuliyyətsizliyə görə mənə ziyanlar dəyib.
09 iyul 2025-ci il tarixində proqram çərçivəsində 3 baş iribuynuzlu heyvanla təmin olunmuşam. Lakin 08 avqust 2025-ci ildə heyvanlardan biri qəfil ölüb. Fakt dərhal baytarlıq xidməti tərəfindən qeydə alınıb, yarma aparılıb və rəsmi akt tərtib edilib.Həmin aktı Məşğulluq Mərkəzinə təqdim edərək, ölmüş heyvanın əvəzində yenisi ilə təmin olunmağımı xahiş etdim. Ancaq qurumun cavabı tam əsassız oldu: “ölmüş heyvanın yarılmış vəziyyətdə mütləq şəkli çəkilməli idi.”
Bu cavab absurddur. Baytarın iştirakı ilə akt tərtib edilibsə və rəy varsa, əlavə yarılmış formada şəkil tələb etmək qanunsuzdur. Bu, vətəndaşı çətin vəziyyətdə qoymaq deməkdir.
Özünüməşğulluq proqramı çərçivəsində verilən 3 heyvanın faktiki yaşı 1–1,5 yaş olsa da, sənədlərdə 3 yaş göstərilib. Bundan başqa, müqaviləyə görə mənə 800 kq yem verilməli olduğu halda, indiyə qədər bu yem verilməyib.Heyvanlar çox zəif xəstə və yararsızdır.
Bu başdan ayağa qanunsuzluq və saxtakarlıqdər ki, məsələ ilə bağlı dövlət qurumlarından obyektiv araşdırma aparılmasını xahiş edirirəm.Biz dövlətin sosial dəstək proqramına inanıb qoşulmuşuq. Amma bu cür saxtakarlıq və biganəlik insanları dövlətə inamsızlığa sürükləyir. Xahiş edirəm ki, məsələ ictimaiyyətin və aidiyyəti orqanların diqqətinə çatdırılsın.
TEREF olaraq Dövlət Məşğulluq Agentliyinin bu iddia ilə əlaqədar mövqeyini dərc edə bilərik





