Beynəlxalq Bankın vəziyyəti daha dəhşətli imiş
16-11-2016, 22:31
“Son 2 gündə Beynəlxalq Bankla bağlı ən çox müzakirə olunan məsələ “10 milyard manat” rəqəmi oldu. Söhbət Bankın “Aqrarkredit”ə transfer olunan problemli aktivlərin həcmundən gedir”.
Bunu facebook səhifəsində iqtisadcı-ekspert Rövşən Ağayev yazıb. İqtisadçı daha sonra yazır:
Amma bu məlumatın istinad olunduğu hesabatda bir neçə mühüm məlumat diqqətdən kənarda qaldı.
Birincisi, hesabatdan aydın olur ki, Beynəlxalq Bankın aktivlərinin strukrurunda bankların və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlərinin həcmi 30 dəfədən çox artaraq 102 milyon manatdan 3.285 milyard manata çatıb. Hesabatdan aydın olur ki, bu vəsaitin 3 milyard manatdan bir qədər çoxu Bankın Mərkəzi Bankda yerləşdirdiyi müddətli vəsaitdir.
İkincisi, ilin 1-ci yarısının yekunlarına görə, Beynəlxal Bankın valyuta mövqeyi bu maliyyə təşkilatı üçün çox ciddi risk yaradır. Belə, Bank dollar aktivləri üzrə 5.3 milyard manat, avro aktivləri üzrə 1 milyard manat ekvivalentində qısa açıq valyuta mövqeyinə malikdir. Qüvvədə olan qanunvericiliyə görə, hər bir xarici valyuta üzrə açıq valyuta mövqeyi (istər qısa, istər uzun) bank kapitalının (+, -) 10%-i səviyyəsində ola bilər. Beynəlxalq Bankda isə ABŞ dolları üzrə qısa açıq mövqe bu limiti 80 dəfədən çox, avro üzrə 15 dəfədən çox üstələyir. Xüsusilə də milli valyutanın ucuzlaşmaq təhlükəsi olduğu dövrdə qısa açıq valyuta mövqeyi istənilən bank üçün risk yaradır, Beynəlxaql Bank kimi ağır böhranla üzləşən bir bank üçün isə bu risk ikiqatdır. Qısa açıq valyuta mövqeyinin mahiyyəti budur ki, bankın valyuta öhdəlikləri onun valyuta aktivlərini üstələyir. Uzun açıq valyuta mövqeyi bunun əksidir.
Üçüncü maraqlı məlumat budur ki, banklın verdiyi kreditlərdə həddən artıq yüksək konsentrasiya hələ də qalmaqdadır. Belə ki, verilmiş 4.6 milyard manat kreditin təxminən 66%-i (3.065 milyard manat) 13 iri müştəriyə məxsusdur. Əvvəlki illərlə müqayisədə kredit konsentrasiyası xeyli yüksəlib. 2013-2014-cü illərdə ən böyük 30 müştəriyə verilən kreditlərin həcmi 3-3.5 milyard manat olub…