Qubada iki uşaq atası öldürüldü

16-11-2016, 23:33           

Quba rayonunun Barlı kənd sakini, 37 yaşlı Ramiz Məmmədov qohumu, 1961-ci il təvəllüdlü Yusif Babayev tərəfindən bıçaqlanıb.
Gununsesi.info ARB TV-yə istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib.
O, dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan Ramiz Məmmədov əməliyyat otağına aparılarkən dünyasını dəyişib. Bıçaqlanaraq öldürülən Ramiz Məmmədov iki uşaq atasıdır.
Rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Yusif Babayev saxlanılıb.
Faktla bağlı Quba Rayon prokurorluğunda araşdırmalara başlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.