“Nakişi” yazan xanım jurnalist məhkəməyə verilib?

17-11-2016, 10:29           
“Nakişi” yazan xanım jurnalist məhkəməyə verilib?
Doğrusu, hazırda bu məsələ ilə bağlı hər hansı məhkəmə prosesi yoxdur.

Bu sözləri Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı teatrın aktyorlarının jurnalisti məhkəməyə verməsi ilə bağlı çıxan xəbərlər haqda Axar.az-a danışarkən deyib. O, məhkəmə prosesinin ümumiyyətlə başlamadığını bildirib:

“Bizdə teatrın aktyorlarının xanım jurnalisti məhkəməyə verməsi haqda məlumat yoxdur. Mənim bildiyimə görə, məhkəmə prosesi açılmayıb”.

Xatırladaq ki, xalq artisti Fuad Poladovun qalmaqalı bir şəkildə Akademik Milli Dram Teatrından ayrılmasından sonra jurnalist Rumiyə Miraslanlı sosial şəbəkədə Poladovun gedişi ilə bağlı “kişi getdi, meydan nakişilərə qaldı” yazıb. Daha sonra isə əməkdar artist Əli Nur xanım jurnalisti Azdramın aktyorlarının şərəf və ləyaqətini təhqir etdiyi üçün məhkəməyə verdiklərini bildirib.

Məsələnin gedişatı ilə bağlı Əli Nurla əlaqə saxlasaq da, o danışmaqdan imtina edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.