“Russneft” Azərbaycanda yeni qaz yataqları kəşf etdi –Rusiyalı milyarder bu yatağı nə edəcək?

17-11-2016, 12:52           
“Russneft” Azərbaycanda yeni qaz yataqları kəşf etdi –Rusiyalı milyarder bu yatağı nə edəcək?
“Russneft” 2017-ci ildə özünün Azərbaycandakı aktivlərinə 15 mlrd kubmetr qaz tədarük etməyi planlaşdırır”

Strateq.az bildirir ki, bu barədə şirkət məlumat yayıb. Şirkət bildirir ki, 2015-ci ildə 15 mlrd kubmetr ehtiyatı olan yataq kəşf edilib. Bu lay 2017-ci ildə dərin quyu qazılandan sonra ehtiyata çevriləcək. (Turan)

“Qiymətləndirmə quyusunun tikintisinin nəticələrinə əsasən, ehtiyatlar balansa tədarük ediləcək. İlkin qiymətləndirməyə əsasən, ehtiyat 15 mlrd kubmetr ola bilər”, – deyə “Russneft” bildirir.

2016-cı ildə şirkət SOCAR-la qazın 1000 kubmetrini $80-a satmaq barədə razılığa gəlib. Amma yeni layların harda kəşf edildiyi açıqlanmır. Turan neft dairələrindən öyrənib ki, söhbət “Zığ” və “Hövsan” yataqlarından gedir.

2014-cü ildə “Russneft” Global Energy Azerbaijan (GEA) Holdings Limiteddə 100% pay alıb. GEA öz törəmə şirkətləri və birgə müəssisələri vasitəsilə PSA sazişlər əsasında SOCAR-la layihələrdə iştirak edir.

“Russneft”in Azərbaycandakı aktivləri Abşeron (quru), Binəqədi, Qarasu, Neftçala və Şirvan bloklarını əhatə edir. “Russneft” “Kura Valley Development Company”də (“Padar” yatağını işləyir) payını 20%-ə endirib.

Azərbaycan aktivlərinin ehtiyatı 10 mln ton neft (1P), 11,2 mln ton neft (2P) və 12,5 mln ton neftdir (3P). 2015-ci ildə “Russneft”in payı da daxil neft hasilatı 535 min ton olub.

“Russneft”in nizamnamə kapitalının 75%-i “Belyrian Holdings Limited”ə və onun törəmələrinə daxildir. 25% isə İsveçrənin “Glencore” şirkəti və törəmələrinə məxsusdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru