Şirvan polis şöbəsində DƏHŞƏT: MÜTTƏHİM BOĞAZINI KƏSİB İNTİHAR ETDİ

17-11-2016, 14:10           
Şirvan polis şöbəsində DƏHŞƏT: MÜTTƏHİM BOĞAZINI KƏSİB İNTİHAR ETDİ
Şirvan şəhər Polis Şöbəsində intihar hadisəsi baş verib.

teref.az xəbər verir ki, Polis Şöbəsinin müvəqqəti saxlanma yerində saxlanılan 1966-cı il təvəllüdlü Vaqif Şahbalı oğlu Muradov bu gün səhər boğazını və qollarını doğrayıb. V. Muradov çoxlu qan itirdiyindən dünyasını dəyişib.

Məlumata görə, zorlamada ittiham olunan V. Muradov Sabirabad rayon Polis Şöbəsi tərəfindən tutulub. Sabirabadda təqsirləndirilən şəxslərin saxlanıldığı təcridxana təmir olunduğundan V. Muradov Şirvan rayon Polis Şöbəsində saxlanılırmış.

Faktla bağlı Şirvan rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

APA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.