Netanyahu bu ölkədə arzuolunmaz şəxs elan EDİLDİ

Bu gün, 12:34           
Netanyahu bu ölkədə arzuolunmaz şəxs elan EDİLDİ
İsrailin baş naziri Benyamin Netanyahu Sloveniyada arzuolunmaz şəxs elan edilib.
Bu barədə Slovenya Xarici İşlər Nazirliyinin rəsmisi Neva Qrasiç "X" hesabındakı paylaşımında məlumat verib.

"Netanyahunun hərbi və insanlığa qarşı cinayətləri ictimaiyyətə məlumdur.
Sloveniya hökumətinin bugünkü iclasında Netanyahunu ölkədə persona-non-qrata elan edib. Onun Sloveniyaya girişinə qadağa qoyulub. Hökumət bu qərarla İsrailə açıq mesaj verir. Sloveniya beynəlxalq məhkəmələrin qərarlarına və beynəlxalq humanitar hüquqa hörmət edir" - deyə, XİN rəsmisi qeyd edib.

Sloveniya bundan əvvəl İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçi persona non qrata elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru