Netanyahunun ABŞ səfəri kabusa çevrildi – Fransa hava məkanına buraxmadı

Bu gün, 12:44           
Netanyahunun ABŞ səfəri kabusa çevrildi – Fransa hava məkanına buraxmadı
İsrail Baş naziri Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) onun barəsində çıxardığı həbs qərarına görə ABŞ-yə səfərində gözlənilməz çətinliklərlə üzləşib.

Belə ki, Tel-Əvivdən havaya qalxan rəsmi hökumət təyyarəsi Fransa hava məkanına daxil ola bilməyib. Netanyahu yalnız Yunanıstan və İtaliya üzərindən keçərək Nyu-Yorka istiqamət götürüb.

İsrail mediasının yazdığına görə, marşrutun dəyişdirilməsi uçuş müddətini artırmaqla yanaşı, heyətdə də ixtisarlara səbəb olub. Rəsmi izahda “yanacaq qənaəti” göstərilsə də, təyyarəyə jurnalistlər və bəzi yüksəkvəzifəli şəxslər buraxılmayıb.

Diplomatik kuluarlarda bunun əsl səbəbinin BCM-in Netanyahu haqqında çıxardığı qərarlar olduğu deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru