Zəbt olunan səkilər: Sakinlərə çətin anlar yaşadan küçə
Bu gün, 00:04
Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsində yolun bir hissəsi parklanma zonasına çevrilib, qalan hissəsi isə restoranlar tərəfindən zəbt edilib.
Sakinlər avtomobil yolu ilə hərəkət etməli olduqlarından təhlükə ilə qarşılaşdıqlarını bildirirlər.
Baku TV-nin çəkiliş qrupu məsələ ilə bağlı ərazidə fəaliyyət göstərən restoranlarla əlaqə saxlayıb.
"Masaları icarədar yerləşdirib, icazəsini də alıb. Araşdırın, görün, ora səkidir, ya yox. Vətəndaş gedib damda da gəzə bilər. Bu o demək deyil ki, ora səkidir", - deyə restoran sahibi açıqlamasında söyləyib.